Birgə hərbi təlimlər hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlib

Birgə hərbi təlimlər hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlib

8 May 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Birgə hərbi təlimlər hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Bu gün Moldova və Rumıniya hərbçilərinin iştirakı ilə "Wind Spring - 2024" (“Külək baharı 2024”) birgə təlimləri başlayıb.

Hərbi təlimlərdə Moldova tərəfindən “Stefan çel Mare” 2-ci, Rumıniya tərəfdən isə general Qriqor Balan adına 81-ci mexanikləşdirilmiş piyada briqadaları iştirak edirlər.

Hərbi təlimlər may ayının 24-nədək davam edəcək.

Hərbi təlimlərdə şərti düşmənin hücumunu dəf etmək və ona əks-zərbələr endirmək, yerdə və havada qarşılıqlı əlaqələrin təmin edilməsi taktikası sınaqdan çıxarılacaq.

Oxuməni.az