Almaniyada  ölkədaxili siyasi gərginlik  qarşıdurmaya çevrilir

Almaniyada ölkədaxili siyasi gərginlik qarşıdurmaya çevrilir

8 May 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada ölkədaxili siyasi gərginlik qarşıdurmaya çevrilir.

Son illərdə Almaniya daxilində baş verən hadisələr Hitlerin hakimiyyətə gəlməsinə gətirib çıxaran ötən əsrin 20-30-cu illərini xatırladır.

Bunu ölkənin siyasi xadimlərinə edilən aramsız hücumlar da təsdiq edir. Belə ki, ötən gün "naməlum" şəxslər 2021-2023-cü illərdə Almaniyanın paytaxtının hakim burqomasteri vəzifəsində çalışan Françiska Giffaya hücum edərək onu arxadan vuraraq qaçıblar.

Hadisə ilə bağlı məsələyə diqqəti cəlb edən "Spiegel" nəşri yazır ki, siyasilərə hücumları təsadüfi hesab etmək olmaz və onun arxasında yaxşı təşkilatlanmış hansısa gizli güclər dayanır.

"Spiegel" xatırladıb ki, bu, son son vaxtlarda Almaniyada tanınmış siyasətçilərə qarşı edilən 4-cü hücumdur. Nəşr eyni zamanda hüquq-mühafizə orqanlarının siyasətçilərə hücum edənlərin ortaya çıxarılmasına biganə və passiv yanaşmasını kəskin tənqid edib və onların hücum edənlərlə əlaqəsi ola biləcəyini istisna etməyib.

Oxuməni.az