Rəfahda hərbi əməliyyatlar  HƏMAS məhv ediləndən sonra dayandırılacaq

Rəfahda hərbi əməliyyatlar HƏMAS məhv ediləndən sonra dayandırılacaq

8 May 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Rəfahda hərbi əməliyyatlar HƏMAS tamamilə məhv ediləndən sonra dayandırılacaq.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Rəfah məsələsində hər hansı xarici ölkənin təzyiqinə boyun əyməyəcəyini və geri addım atmayacağını bəyan edib.

O deyib ki, Rəfahda hərbi əməliyyatın keçirilməsindən məqsəd HƏMAS-ın son nəfərə kimi məhv edilməsi və İsrailin təhlükəsizliyinə tam şəkildə nail olunmasıdır.

Netanyahu eyni zamanda girovların geri qaytarılması üçün HƏMAS-ın irəli sürdüyü şərtlərin qəbuledilməzliyini xüsusi bəyan edib.

Oxuməni.az