Qondarma rejimin  “diaspor işləri idarəsi”nin rəhbəri Yervand Haciyan məhv edilib

Qondarma rejimin “diaspor işləri idarəsi”nin rəhbəri Yervand Haciyan məhv edilib

8 Oktyabr 2020 09:57
Bəyəndim (1) Bəyənmədim (0)

Qarabağda savaş zamanı qondarma “dqr”in “diaspor işləri idarəsi”nin rəhbəri Yervand Haciyan məhv edilib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı “dqr xin”i yayıb. Məlumatda bildirilib ki, Haciyan ötən gün könüllü olaraq döyüşə qatılıb və Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Bundan əlavə döyüşlərdə Ermənistanın daha iki idmançısı ölüb. Ölənlərin basketbolçu olduğu bildirilib. Onlardan birinin XMOMM komandasının yetirməsi Ayk Saakyan, digərinin isə Ermənistanın basketbol üzrə gənclərdən ibarət yığma komandasının keçmiş oyunçusu Tiqran Mikoyan olduğu vurğulanıb.

Oxuməni.az