91 yaşlı monqol ABŞ-da keçirilən yarışda yeni rekordlar müəyyənləşdirib

91 yaşlı monqol ABŞ-da keçirilən yarışda yeni rekordlar müəyyənləşdirib

1 Aprel 14:00
Bəyəndim (4) Bəyənmədim (0)

Martın 23-dən 30-dək ABŞ-ın Florida ştatında qapalı məkanda atletika üzrə 2025-ci il Dünya Masters Çempionatı keçirilib. Beynəlxalq yarışda iştirak edən Monqolustan idmançısı 91 yaşlı Radnaa Tseren beş qızıl medal qazanıb və iki yeni rekorda imza atıb. O, 90-94 yaş kateqoriyasında yarışı uğurla başa vuraraq 60, 200, 400, 800 və 1500 metr məsafələrə qaçışda qızıl, üç təkanla tullanmada da gümüş medal qazanıb.

Son yarış günündə o, 1500 metr məsafəni 7:55.12 saniyəyə qət edərək yeni rekorda imza atıb. Radnaa Tseren 400 m məsafəni 37.12-də qaçaraq yeni dünya rekordu nüəyyən edib.

Əziz Mustafa, Oxuməni.az