
Kristianu Ronaldu oğluna Portuqaliyada debütündən sonra mesaj göndərdi
Kristianu Ronaldu yeniyetmə oğluna Portuqaliya milli futbol komandasının heyətində ilk dəfə beynəlxalq oyuna çıxdıqdan sonra təbrik mesajı yazıb.
“Mirror”-un qeyd etdiyi kimi, 14 yaşlı oyunçu Xorvatiyada keçirilən Vlatko Markoviç adına beynəlxalq turnirdə ölkənin 15 yaşadək futbolçulardan ibarət komandasının heyətində ehtiyat oyunçular skamyasından debüt edib.
Kiçik Kristianu Ronaldu Yaponiyaya qarşı meydançaya çıxdıqdan sonra “Mançester Yunayted” skautuna istedadını göstərə bilib. Yüksələn futbol ulduzu ikinci hissədə (54-cü dəqiqədə) atasının geyindiyi 7 nömrəli köynəyi geyinərək meydana daxil olub.
Ronaldu yazıb: "Oğul, @selecaoportugal ilə debütün münasibətilə təbrik edirəm. Səninlə çox fəxr edirəm!"
Böyük Ronaldu beynəlxalq karyerası ərzində 219 oyun keçirib. Hazırda “Əl-Nasr”da oynayır. Lakin futbol ulduzunun gələcəyi o qədər də parlaq deyil. Ronaldunun klubdakı gələcəyi müqavilənin uzadılması danışıqları "dayandıqdan" sonra qeyri-müəyyən görünür.
Keçmiş "Yuventus" və "Mançester Yunayted"in ulduzu yeni iki illik müqavilə imzalamağa hazır idi, lakin klubda uğurlu olmayan bir il bəzi şübhələrə səbəb oldu.
Almaz Həsənli