Maqnus Karlsen Norveçdə keçirilən turnirdə Qukeş Dommarajuya uduzduqdan sonra özünü itirib

Maqnus Karlsen Norveçdə keçirilən turnirdə Qukeş Dommarajuya uduzduqdan sonra özünü itirib

2 İyun 13:02
Bəyəndim (3) Bəyənmədim (0)


Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen hazırkı dünya çempionu hindistanlı Qukeş Dommaraju ilə oyunda uduzmasına emosional reaksiya verib. Oxuməni.az xəbər verir ki, bu barədə “Championat.com” məlumat yayıb.
Qalib mövqedə Karlsen səhv edib və mənfi emosiyalarını saxlaya bilməyib. Keçmiş dünya çempionu yumruğunu stola elə bərk vurub ki, fiqurlar müxtəlif istiqamətlərə uçub. Və sonra tez oyun zalını tərk edib.
Şahmatçılar Stavangerdə ​​keçirilən “Norway Chess” şahmat turnirində qarşılaşıblar. 6-cı turda Karlsen klassik oyunda məğlub olub. 1-ci raundda Karlsen Qukeşə qalib gəlib.
FİDE-nin yenilənmiş reytinqində Maqnus Karlsen 2837 xalla lider mövqedədir. Qukeş Dommaraju 2776 xalla beşinci yerdədir.
Almaz Həsənli