“PSJ”-nin futbolçusu Kvaratsxeliya Gürcüstanda ordenlə təltif olunacaq

“PSJ”-nin futbolçusu Kvaratsxeliya Gürcüstanda ordenlə təltif olunacaq

3 İyun 15:37
Bəyəndim (2) Bəyənmədim (0)

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Fransanın “PSJ”-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının qalibi olduğuna görə “Müqəddəs Georgi” ordeni ilə təltif olunacaq.Bu barədə Oxuməni.az “Gürcüstanın Birinci Kanalı”na istinadla xəbər verir.

"Bizim bir ənənəmiz var - idmançılarımız yüksək zirvələrə çatanda onları ən yüksək dövlət mükafatlarına təqdim edirik. Çempionlar Liqasının qalibi olduğu üçün onu "Müqəddəs Georgi" adına "Qələbə" ordeninə təqdim etmək istəyirəm", - Kobaxidze deyib.

“PSJ” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Münhendə keçirilən finalda parislilər Milanın "İnter"ini 5:0 hesabı ilə məğlub edib.

“Paris Saint-Germain” bu qələbə ilə mayın 21-də Avropa Liqasının finalında "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edən London "Tottenhem"i ilə Avropa Superkubokunda oynamaq hüququ qazanıb. Oyun 13 avqust 2025-ci ildə İtaliyanın Udine şəhərində, “Dacia Arena”da keçiriləcək.

Almaz Həsənli