Leroy Sanenin  ildə 10-12 milyon avroya  "Qalatasaray"a keçəcəyi gözlənilir

Leroy Sanenin ildə 10-12 milyon avroya "Qalatasaray"a keçəcəyi gözlənilir

11 İyun 13:00
Bəyəndim (2) Bəyənmədim (0)

Alman jurnalist və insayder Florian Plettenberg sosial media hesablarında yazıb ki, "Bavariya"nın vingeri Leroy Sane böyük ehtimalla "Qalatasaray"a keçəcək. Türklər futbolçuya illik 10-12 milyon avro maaş təklif ediblər.

Sanenin təklifi qəbul edəcəyi gözlənilir, çünki İstanbul komandası Türkiyə çempionluğunu qazanıb və gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.

Xatırladaq ki, Sane ötən mövsüm Bundesliqada "Bavariya"nın heyətində 30 oyun keçirib, 11 qol vurub, lakin müqaviləni uzatmaq üçün klubu ilə razılaşa bilməyib, ona görə də yeni klubu bunu pulsuz əldə edəcək.

Əziz Mustafa, Oxuməni.az