"Qarabağ" "Liverpul"a böyük hesabla məğlub olsa da pleyoff-a yüksəlməyi bacarıb
Çempionlar liqasının qrup mərhələsinin sonuncu oyununda "Qarabağ" məşhur Enfild stadionunda Avropanın adlı-sanlı klublarından olan "Liverpul"la qarşılaşıb. Oyunun ilk dəqiqələrindən meydanda rəqiblə bərabər vəziyyədə mübarizə aparan "Qarabağ" bununla belə adi bir halda öz qapısında qol görüb. Künc zərbəsindən sonra oyunun 16-cı dəqiqəsində rəqib oyunçu Makkalisterin zərbəsini Koxalski qapı daxilindən geri qaytarıb. Var baxışından sonra qol qeydə alınıb. Rəqibin növbəti hücumlarından birində 21-ci dəqiqədə Virtz ikinci topu "Qarabağ"ın qapısından keçirib. "Qarabağ" bundan sonra da rəqib qapısına hücumlar etsə də meydan sahiblərinin müdafiəsini yarmaqda çətinlik çəkib. Birinci hissə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə meydan sahiblərinin hücumları ilə başlayıb. Oyunun 50-ci dəqiqsənda Salah cərimə zərbəsindən topu qapımıza göndərib 3:0. Oyunun 57-ci dəqiqəsində Ekitike 4-cü,, 62-ci dəqiqədə isə Makalister 5-ci topu komandamızın qapısından keçirib. 86-cı dəqiqədə isə Kyeza 6-cı topu qapımıza vurub. Beləliklə "Qarabağ"0:6 hesabı ilə Liverpul"a məğlub olub. Bununla belə "Qarabağ" "Liverpul"a böyük hesabla məğlub olsa da pleyoff-a yüksəlməyi bacarıb.
Əziz MUSTAFA











.jpg)















































































