Zibil qabından yeni doğulmuş körpə cəsədi tapıldı
Türkiyədə Kayseri şəhərində zibil qabından yeni doğulmuş körpə cəsədi tapıldı. Polis körpənin ailəsini tapmaq üçün araşdırmaya başlayıb. Hadisə səhər saat 07:30 radələrində Melikqazi rayonunun Səlcuqlu məhəlləsində baş verib. Zibilləri konteynerə atmağa gələn insanlar körpəni hərəkətsiz vəziyyətdə görüblər. Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Səhiyyə işçiləri dəsmala sarılan körpənin öldüyünü müəyyən ediblər. Yeni doğulmuş olduğu aşkarlanan körpənin cəsədi yarılma üçün Kayseri Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Polis körpənin ailəsini tapmaq üçün axtarışlara başlayıb.
Hadisəni izah edən məhəllə sakini Adem Qəhvəçi, "Səhər saat 07:30 radələrində çörək yığan bir qadın körpəni görüb bizə məlumat verdi. Yolun qarşı tərəfində idik. Gəlib uşağa baxdıq, dəsmala sarılmışdı. Yeni doğulduğu açıq-aydın idi. Düşünürəm ki, həyatda deyildi. Polisə və tibb qruplarına xəbər verdik. Körpəni götürüb apardıq”.
Hadisə ilə bağlı polisdən verilən məlumata görə axtarışlar hələlik nəticəsizdir.
Murad Şahməmməd