Oğurluğa cəhd göstərmiş Bakı sakini tutuldu

Oğurluğa cəhd göstərmiş Bakı sakini tutuldu

17 Yanvar 2012 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 17-də metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında şəhər sakini Kazım Əhmədova məxsus köşkün dəmir barmaqlıqlarını sındırmaq yolu ilə oradan oğurluğa cəhd göstərmiş şəhər sakini Balaməmməd Məmmədli Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O.M.