Qazaxıstan xilasediciləri çöldə xarab olmuş avtobusdan 52 əcnəbini təxliyyə ediblər
Gecə saatlarında Samara-Şımkent magistral yolunda sərnişin avtobusu xarab olub və Aktobe vilayətinin İrgiz rayonunda dayanıb, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi yazır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı İrgiz kəndində nasaz avtobusdan 1-i uşaq olmaqla 52 sərnişini ən yaxın istilik məntəqəsinə təxliyyə edib.
Əksəriyyəti Özbəkistan Respublikası və 6 nəfər Tacikistan Respublikası vətəndaşı olan təxliyyə edilənlər təyinat məntəqələrinə başqa avtobusla yola düşüblər. Heç kimə tibbi yardım göstərməyə ehtiyac olmayıb.
Oxuməni.az
Digər xəbərlər