
İran ABŞ-ın ona qarşı istənilən təcavüzünün cavabsız qalmayacağını bildirib
İrana qarşı istənilən təcavüz aktı cavabsız qalmayacaq, İslam Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisləri xəbərdarlıq edib,”İRNA” agentliyi xəbər verir.
"İslam Respublikası hər zaman regional və beynəlxalq sülhə və təhlükəsizliyə sadiq olub. Hər hansı bir təhdid, təcavüz, müharibənin qızışdırılması və ya İslam İranının toxunulmazlığının pozulması sərt cavabla qarşılanacaq", — məlumatda deyilir.
“Tehran Times”-ın məlumatına görə, ballistik raketlər artıq İranın hər yerində buraxılış qurğularına yüklənib və istənilən təcavüz aktı baş verərsə, buraxılmağa hazırdır. "Pandora qutusunun açılması ABŞ-a və müttəfiqlərinə baha başa gələcək" deyə qəzet Amerika hakimiyyətini xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranı "əvvəllər görünməmiş bombardmanlarla"təhdid etmişdi. "Əgər müqavilə bağlamasalar, bombardman olacaq. Bunlar əvvəllər görmədikləri bombardman olacaq ," o deyib.
Almaz Həsənli