İran ABŞ-ın Qətərdəki bazalarına raket zərbələri endirib

İran ABŞ-ın Qətərdəki bazalarına raket zərbələri endirib

07:40
Bəyəndim (0) Bəyənmədim (0)

İran ABŞ-ın öz nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verməyə başlayıb. Qətərdəki ABŞ hərbi bazalarına raketlər atılıb.

Bu barədə RBC-Ukrayna “X”, “Reuters” və “Sky News” sosial şəbəkəsində “Axios”un müxbiri Barak Ravidə istinadən məlumat yayıb.

“İsrail rəsmisi mənə İranın Qətərdəki ABŞ bazalarına 6 raket atdığını söylədi”, - Ravid yazıb.

Eyni zamanda, Reuters yazır ki, Doha (Qətərin paytaxtı) üzərində səmada partlayışlar şiddətlənib.

Həmçinin, nəşrin mənbələrinə görə, İraqdakı Amerikanın Ayn əl-Əsəd aviabazasında hava hücumundan müdafiə sistemi işə salınıb.

Təsdiqlənməmiş məlumatlara görə, İran Amerika hədəflərinə 10-a yaxın raket atıb. Onlardan üçünün birbaşa Əl-Udeyd bazasına düşdüyü iddia edilir.

Sky News-un məlumatına görə, Qətər İranın ABŞ hərbi bazasına endirdiyi zərbə nəticəsində itkilərin olmadığını bəyan edib.

Əziz Mustafa , Oxuməni.az