İranın dəstəklədiyi yaraqlılar ABŞ-ın İraqdakı bazalarına hücum etməyə hazırlaşır

İranın dəstəklədiyi yaraqlılar ABŞ-ın İraqdakı bazalarına hücum etməyə hazırlaşır

10:18
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ İranın dəstəklədiyi yaraqlıların ABŞ-ın İraqdakı və ola bilsin Suriyadakı hərbi obyektlərinə hücum etməyə hazırlaşdığını öyrənib. Oxuməni.az xəbər verir ki, bu barədə “New York Times” ABŞ hərbi və kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, “ABŞ hərbi və kəşfiyyat rəsmiləri İranın dəstəklədiyi silahlı birləşmələrin ABŞ-ın İrana zərbələrinə cavab olaraq İraqdakı və ola bilsin Suriyadakı ABŞ bazalarına hücum etməyə hazırlaşdıqlarına dair işarələr tapıblar”.
Qəzetin mənbələrinin bildirdiyinə görə, bu qruplar indiyədək hərəkətə keçməkdən çəkiniblər və ABŞ rəsmilərindən birinin sözlərinə görə, İraq hakimiyyəti yaraqlıları hücumlara əl atmaqdan çəkindirmək üçün əhəmiyyətli səylər göstərir.
Bazar günü gecə ABŞ İranın nüvə obyektlərinə - Natanz, Fordo və İsfahana zərbələr endirib.
Almaz Həsənli