GTA VI-nın buraxılışı noyabr 2026-cı ilə təxirə salınıb
GTA VI videooyununun buraxılışı 19 noyabr 2026-cı ilə təxirə salınıb. Bu barədə “Rockstar Games” şirkəti məlumat verib.
Daha əvvəl rəsmi buraxılış tarixi 26 may 2026-cı il olaraq təyin edilmişdi.
"Bu əlavə aylar bizə oyunun sizin gözlədiyiniz və layiq olduğunuz mükəmməllik səviyyəsində tamamlanmasına imkan verəcək", - deyə “Rockstar Games” bildirib.
GTA VI bütün dünyada oyunçular tərəfindən ən çox gözlənilən videooyunlardan biridir. Əvvəlcə “Rockstar” onu 2025-ci ildə buraxmağı vəd etmişdi, lakin 26 may 2026-cı il buraxılışın planlaşdırıldığı ilk dəqiq tarix oldu.
Bu vaxta qədər GTA VI-nın iki treyleri təqdim olunub. İlk treyler 2023-cü ildə, ikinci isə may 2025-ci ildə yayımlandı.
Seriyanın əvvəlki oyunu, GTA V, 2013-cü ildə buraxılıb. O, oyun sənayesi tarixində ən uğurlu məhsullardan biri olmuşdur.
Almaz Həsənli
















































-1.jpg)
-1.jpg)
-1.jpg)






























