Almaniyada şeir müsabiqəsində türk immiqrant qız qalib gəldi

Almaniyada şeir müsabiqəsində türk immiqrant qız qalib gəldi

15:22
Bəyəndim (2) Bəyənmədim (0)

26 yaşlı etnik türk qadını Ayşe İrem, Xemnitzdə keçirilən alman dilində keçirilən “Poetry Slam” yarışmasında qalib gələn ilk müsəlman və immiqrant oldu. Bu barədə “TRT rus dilində” məlumat verib.

İrem 80 rəqibini geridə qoyaraq, müsabiqə tarixində çempion adına layiq görülən üçüncü qadın oldu. O, təhsili üzrə memardır. Əsərlərində Almaniyadakı gündəlik rasizm və "həmişə kifayət qədər ağ olmamaq" hissi kimi mövzuları qaldırır.

Bir şeirində o, Alman məktəbində tənəffüs zamanı türk dilində danışmağın qadağan edildiyini, Hanaudakı terror hücumunu və "adlarımıza görə mənzil və ya iş tapa bilmədiyimiz" halları xatırlayır.

O, Almaniyada hicabına görə qərəzlə üzləşdiyini deyir: "Hətta səlis alman dilim də məni xilas etmir - hicab geyindiyim açıq-aydındır". Bavariyadan Yulius Altettmar və Avstriyadan Lia Hartl ikinci və üçüncü yerləri tutdular. Berlinli “Wortwin & Slamson” dueti ardıcıl üçüncü dəfə komanda yarışmasında qalib gəldi.

Poetik slem, müəlliflərin öz mətnlərini rekvizit və ya geyim olmadan, yalnız söz, səs və jestlərdən istifadə edərək tamaşaçılara oxuduqları müasir bir yarışmadır.

Bu il çempionat 29-cu dəfə keçirildi və Almaniya, Avstriya, İsveçrə, İtaliya, Belçika, Lixtenşteyn və Lüksemburqdan almandilli şairləri bir araya gətirdi.

Almaz Həsənli