Tramp Cənubi Afrikada keçiriləcək G20 Zirvəsində iştirak etməyəcək

Tramp Cənubi Afrikada keçiriləcək G20 Zirvəsində iştirak etməyəcək

11:22
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikanı "kommunist tiraniyası"nda günahlandırdı və G20 zirvəsi üçün ölkəyə səfər etməyəcəyini təsdiqlədi.

"Mən Cənubi Afrikada keçiriləcək G20 görüşünə getməyəcəyəm. Cənubi Afrika heç bir beynəlxalq qrupa daxil deyil, çünki orada yaxşı bir şey baş vermir", Tramp Mayamidə keçirilən biznes forumunda deyib. Onun bununla bağlı səsyazması Ağ Evin YouTube kanalında dərc olunub. Tramp, həmçinin Mayaminin nəsillər boyu "Cənubi Afrikada kommunist tiraniyasından qaçanlar üçün təhlükəsiz sığınacaq" olduğunu söyləyib.

G20 zirvəsi 21 və 22 noyabr tarixlərində Yohannesburqda keçiriləcək. Sentyabr ayında Tramp ABŞ vitse-prezidenti J.D. Vensin onun yerinə görüşdə iştirak edəcəyini bildirdi.

İkinci müddətə başladıqdan sonra Donald Tramp müstəmləkəçilərin nəsillərinin hüquqlarını pozduğunu iddia etdiyi qanuna görə Cənubi Afrikaya yardımın dayandırıldığını elan etdi.

Əziz MUSTAFA