Britaniyanın ən varlı adamı milyarder Qopi Hinduja vəfat edib
Hindistan konqlomeratı Hinduja Group-un milyarder rəhbəri Qopiçand Hinduja uzun sürən xəstəlikdən sonra London xəstəxanasında vəfat edib. The Guardian və NDTV də iş adamının ölümü barədə məlumat yayıblar. Qopi Hinduja 85 yaşında idi.
1959-cu ildə Qopi Hinduja 20-ci əsrin əvvəllərində Hindistan və İranda qurulan ailə biznesinə qoşulub. FT-yə görə, o, təvazökar bir ticarət şirkətini böyük bir konqlomerata çevirməyə kömək edib. Nəşrin qeyd etdiyi kimi, Hinduja Group hazırda "hər şeyə" investisiya qoyur: bankçılıq, daşınmaz əmlak, neft, əyləncə və kommersiya nəqliyyatı.
Hinduja və böyük qardaşı Sriçand 1980-ci illərdə Londona köçüblər və oradan Hinduja Group-u idarə ediblər. Şriçand 2023-cü ildə vəfat etdi.
2024-cü ildə ailə yüksək səviyyəli bir qalmaqala qarışdı. İsveçrə məhkəməsi Hinduja ailəsinin üzvlərini Hindistandan gətirdikləri işçiləri istismar etmək ittihamı ilə həbs cəzasına məhkum etdi. Prakaş və Kamal Hinduja (Qopi Hindujanın qardaşı və baldızı) hər biri dörd il yarım, oğulları Ajay və həyat yoldaşı Namrata isə hər biri dörd il həbs cəzasına məhkum edildi.
2025-ci ildə Qopi Hinduja və ailəsi The Sunday Times qəzetinin Böyük Britaniyanın ən varlı insanları siyahısına başçılıq etdilər. Nəşr onların sərvətini 35,3 milyard funt sterlinq (46 milyard dollar) qiymətləndirdi.
Əziz Mustafa


















































































