Paşinyan ermənilərə Qarabağa qayıtmamaq barədə xəbərdar etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ermənilərin Dağlıq Qarabağa qayıtması Yerevan və Bakı arasında bərqərar olan sülhü təhdid edə bilər. Bu barədə Oxuməni.az “TASS”-a istinadla xəbər verir.
Onun sözlərinə görə, məcburi köçkünlərin qayıtması təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir.
Avqust ayında Paşinyan Yerevan və Bakı arasında sülhün yalnız Dağlıq Qarabağ vəziyyəti həll edildikdən sonra gerçəkləşdiyini bildirib. O, həmçinin Qarabağ qaçqınlarının bölgəyə qayıtmasının qeyri-mümkün bir iş olduğu fikrini ifadə edib.
8 avqustda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda bəyannamə imzalayıblar. Saziş, digər məsələlərlə yanaşı, Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək və ABŞ tərəfindən idarə olunacaq "Tramp Marşrutu"nun açılmasını nəzərdə tutur.
Almaz Həsənli
                            
                            
                            











    
    












































.jpg)
.jpg)
.jpg)























