Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunur
Regional dil biliklərinin yayılmasını təşviq etmək üçün hökumət proqramının bir hissəsi olaraq Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunur.
Oxuməni.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman naziri Janna Andreasyan məlumat verib.
Onun sözlərinə görə, proqramda təxminən 30 məktəb iştirak edir, lakin fars dili ən çox maraq doğurur, çünki ölkədə bu sahədə mütəxəssislər var. Daha üç məktəbdə gürcü dili tədris olunur.
Təhsil və Elm nazirinin sözlərinə görə, ümumilikdə sorğular göstərir ki, Ermənistanda təxminən 400 məktəb regional dildə tədris təklif etmək istəyini bildirib. Məktəblərin əksəriyyəti türk dilini seçib. Lakin nazirlik ciddi kadr çatışmazlığı ilə üzləşir.
Almaz Həsənli

























































.jpg)
.jpg)
.jpg)























