Saratovda neft emalı zavoduna dron hücumu edilib, güclü yanğın başlayıb
3 Noyabr gecəsi Saratovda neft emalı zavoduna dron hücumu edilib, güclü yanğın başlayıb. Bu barədə Rusiya Telegram kanalları məlumat verib.
Partlayışlar barədə ilk xəbərlər Bakı vaxtı ilə təxminən saat 01:50-də yayılıb. Telegram SHOT-un məlumatına görə, Saratov və Engels sakinləri siren və hava hücumundan müdafiə səsləri eşidiblər.
"Səmada güclü partlayışlar təxminən saat 2:00 radələrində başlayıb və müxtəlif tezliklərlə baş verməyə davam edir. Bölgənin Balakovski və Kalininski rayonlarının sakinləri də başlarının üstündən uçan dronların və partlayışların səslərini eşidiblər", - deyə SHOT bildirib.
Qısa müddət sonra sosial mediada ilk görüntülər görünməyə başlayıb. İctimaiyyət yerli neft emalı zavoduna dronların zərbə endirdiyini iddia edir.
Daha sonra bəzi Telegram kanalları AVT-6 qurğusunun yaxınlığında yanğın baş verdiyini bildirməyə başlayıb.
Əziz MUSTAFA



















.jpg)
.jpg)
.jpg)





























































