HƏMAS daha üç girovun cəsədini İsrailə təhvil verib
İsrail Qəzza zolağında Fələstin radikal islamçı hərəkatı HƏMAS tərəfindən saxlanılan daha üç girovun cəsədini qəbul edib.
Oxuməni.az-ın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, Baş nazir Binyamin Netanyahunun ofisi bu barədə bazar günü axşam məlumat verib. "İsrail Qırmızı Xaç vasitəsilə Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinə (İMQ) və Şin Bet Təhlükəsizlik Xidmətinə (Şəbak) təhvil verilən üç mərhum girovun tabutlarını qəbul edib", - deyə açıqlamada bildirilir.
Daha sonra İsrail Səhiyyə Nazirliyinin sözçüsü cəsədlərin "ölüm hallarının və səbəblərinin müəyyən edilməsi və araşdırılması üçün Milli Məhkəmə Ekspertizası Mərkəzinə" aparıldığını açıqlayıb. Mərkəzin mütəxəssisləri daha sonra qurbanların ailələri ilə görüşəcəklər.
HƏMAS-ın silahlı qanadı qalıqları 2 noyabr tarixində cənubi Qəzza zolağında bir tunelin yaxınlığında aşkar etdiyini iddia edib. Cəsədlərin üç əsgərə aid olduğu ehtimal olunur, “AFP” xəbər verir. İndiyə qədər 28 girovdan 17-si, o cümlədən 15 israilli, bir Tayland vətəndaşı və bir Nepal vətəndaşının qalıqları qaytarılıb.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)
























































