"Real Madrid" və Super Liqa UEFA-dan 4,5 milyard avro təzminat tələb edəcək

"Real Madrid" və Super Liqa UEFA-dan 4,5 milyard avro təzminat tələb edəcək

15:08
Bəyəndim (2) Bəyənmədim (0)

"Real Madrid" və Super Liqanı təşviq edən "A22 Sports" şirkətinin vəkilləri Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) qarşı "zərərlər, itirilmiş mənfəət və nüfuz itkiləri" üçün kompensasiya tələb etmək niyyətindədirlər. Oxuməni.az “Kommersant”a istinadla xəbər verir ki, "As" qəzetinin məlumatına görə, kompensasiya məbləği 4,5 milyard avro olaraq qiymətləndirilir.

2023-cü ildə Avropa Ədalət Məhkəməsi UEFA və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) hərəkətlərinin AB-nin antiinhisar qanunlarını pozduğunu müəyyən etdi, çünki təşkilatlar yeni bir turnir olan Super Liqanın yaradılmasına mane oldular. Məhkəmə həmçinin FIFA və UEFA-ya "rəqabət əleyhinə davranışlarını" dayandırmağı əmr etdi.

2025-ci ilin oktyabr ayında Madrid Əyalət Məhkəməsi UEFA-nın "Avropa Birliyinin azad rəqabət qaydalarını pozduğunu" və "bazarda dominant mövqeyindən sui-istifadə etdiyini" təsdiqlədi. "Real Madrid" qərarın "kluba vurulan əhəmiyyətli ziyana görə kompensasiya tələb etməyə imkan verdiyini" bildirdi.

Almaz Həsənli