Antuan Qrizmann La Liqada 200-cü topunu vuraraq Messi, Ronaldo və Raulun nailiyyətlərini təkrarlayıb

Antuan Qrizmann La Liqada 200-cü topunu vuraraq Messi, Ronaldo və Raulun nailiyyətlərini təkrarlayıb

15:03
Bəyəndim (1) Bəyənmədim (0)


"Atletiko" Madridin fransalı hücumçusu Antuan Qrizmann İspaniya La Liqasının 11-ci turunda "Sevilya" üzərində 3-0 hesablı qələbə qazandıqları oyunda qol vuraraq La Liqada 200 qol vuran 11-ci oyunçu oldu. Bu barədə İspaniya yüksək divizionunun mətbuat xidməti məlumat verib.

Bu qol 34 yaşlı futbolçunun La Liqada 200-cü qolu olub. Bu günə kimi La Liqada Lionel Messi (474), Kriştiano Ronaldo (311), Telmo Zarra (254), Kərim Benzema (238), Uqo Sançes (234), Raul Qonzales (228), Alfredo Di Stefano (227), Sezar Rodriges (221) və daha çox qol vurub. Qrizmann bu siyahıda beşinci qeyri-ispan oyunçudur. Digər oyunşu Alfredo Di Stefano Argentinada anadan olub, lakin ikili İspaniya vətəndaşlığına malik olub, O, həm Argentina (1947), həm də İspaniya (1957-1961) komandalarında oynayıb.

Bu göstəriciyə çatmaq üçün "matrasçılar"ın hücumçusu İspaniya yüksək divizionunda 541 oyun keçirib. Qrizman 541 oyundan 141-ni "Real Sosyedad", 74-nü "Barselona"da və 326-nı isə "Atletiko"nun heyətində keçirib.

Əziz MUSTAFA