"Lukoyl"un xarici aktivlərini “Gunvor” alacaq

"Lukoyl"un xarici aktivlərini “Gunvor” alacaq

Bəyəndim (3) Bəyənmədim (0)


Neft treyderi “Gunvor”, ABŞ sanksiyaları səbəbindən beynəlxalq əməliyyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalan Rusiyanın neft şirkəti "Lukoyl"un xarici aktivlərini əldə edəcək.
"Lukoyl", Rusiya neft şirkətinin xarici aktivlərinə sahib olan törəmə şirkəti “Lukoil International GmbH”-ı əldə etmək üçün “Gunvor”-dan təklif aldığını və "Lukoyl" təklifi qəbul etdiyini açıqladı.
“Gunvor”, “Reuters”-ə "Lukoyl"ilə danışıqlar apardığını təsdiqləyib.
Sövdələşmənin başa çatması üçün ABŞ Maliyyə Nazirliyinin və bir neçə digər yurisdiksiyanın təsdiqi tələb olunur.
"Lukoyl" əlavə etdi ki, satış məcburidir və şirkətə qarşı bu yaxınlarda tətbiq edilən sanksiyalarla əlaqədardır.
22 oktyabr 2025-ci ildə ABŞ Rusiyanın "Lukoyl" və “Rosneft” neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi və bu, onların xarici bazarlarda biznes əməliyyatlarını davam etdirməsini olduqca çətinləşdirdi. Rusiya gündə təxminən 4,4 milyon barel neft ixrac edir və bu həcmin üçdə ikisi "Lukoyl" və “Rosneft”-in payına düşür.
“Gunvor” Kiprdə qeydiyyatdan keçib və baş ofisi İsveçrədədir. Şirkət, “Glencore”, “Vitol” və “Trafigura” şirkətlərindən sonra dünyada dördüncü ən böyük neft treyderi hesab olunur.
Almaz Həsənli