Latviya Seymi ölkənin İstanbul Konvensiyasından çıxmasını təsdiqlədi

Latviya Seymi ölkənin İstanbul Konvensiyasından çıxmasını təsdiqlədi

11:19
Bəyəndim (2) Bəyənmədim (0)


Latviyanın birpalatalı parlamenti olan Seym (Parlament) cümə axşamı günü ikinci və son oxunuşda Avropa Şurasının Qadınlara Qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və Mübarizə haqqında Konvensiyasını, daha çox İstanbul Konvensiyası kimi tanınan qanun layihəsinin denonsasiyasını (ləğv etmə) təsdiqlədi. “Delfi” portalının məlumatına görə, parlamentdəki qızğın müzakirələr 12 saat davam edib. Əlli altı üzv qanun layihəsinin lehinə, 32 üzv əleyhinə, iki üzv isə bitərəf qalıb.
Latviya prezidenti Edqars Rinkeviçin qanun layihəsini imzalamaq və ya yenidən baxılması üçün Seymə qaytarmaq üçün on günü var.
Əvvəlki axşam minlərlə insan Riqadakı Latviya parlament binasının qarşısında İstanbul Konvensiyasının ləğvinə etiraz olaraq toplaşıb. Plakatlarda məişət zorakılığına qarşı şüarlar yazılıb və üzvləri populizmdə və "təcavüzkarları gizlətməkdə" ittiham olunub. Bəzi nümayişçilər Latviya hakimiyyətini "Rusiyanı kopyalamaqda" günahlandırıblar, çünki Moskva Avropa Şurası tərəfindən hazırlanmış 2011-ci il konvensiyasını imzalamayıb.
İstanbul Konvensiyası qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması kimi təsnif edir. Sənəd Gürcüstan da daxil olmaqla 38 Avropa ölkəsi tərəfindən ratifikasiya edilib. Latviyada konvensiyanın tənqidçiləri onun ənənəvi ailə dəyərlərinə zidd olduğuna inanırlar. Məsələn, bəziləri sənədi gender anlayışına görə tənqid edirlər.
Əgər prezident qanun layihəsini imzalasa, Latviya İstanbul Konvensiyasından çıxan ilk Aİ ölkəsi olacaq. Türkiyə əvvəllər bunu etmişdi. Bolqarıstan, Macarıstan, Çexiya, Litva, Slovakiya və Ermənistan sənədi imzalasa da, ratifikasiya etməyiblər.
Almaz Həsənli