Donald Tramp ABŞ-Venesuela müharibəsinin mümkünlüyünə şübhə ilə yanaşır
ABŞ Prezidenti Donald Tramp ABŞ-Venesuela müharibəsinin mümkünlüyünə şübhə ilə yanaşır, lakin Nikolas Maduronun ölkə lideri kimi günlərinin sayılı olduğu fikrini bildirib. Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə Tramp bazar günü yayımlanan “CBS”-in "60 dəqiqə" proqramına müsahibəsində bildirib.
İki ölkə arasında hərbi əməliyyatların ehtimalı ilə bağlı suala Ağ Ev rəhbəri belə cavab verib: "Şübhə edirəm. Düşünmürəm". Maduronun hazırkı vəzifəsindən tezliklə ayrılıb-gedəcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Bəli deyərdim. Düşünürəm ki, bəli".
“AFP”-nin məlumatına görə, ABŞ-da narkotik qaçaqmalçılığı ittihamları ilə üzləşən Maduro əvvəllər Vaşinqtonu bu ittihamlardan Venesuela neftini ələ keçirmək üçün Karakasda "rejim dəyişikliyini tətbiq etmək" üçün bəhanə kimi istifadə etməkdə günahlandırıb. 2025-ci ilin sentyabr ayının əvvəlindən bəri Amerika hərbi gəmiləri ABŞ-ın Venesuela narkotik kartelləri ilə əlaqəli olduğuna inandığı beynəlxalq sularda gəmilərə dəfələrlə zərbələr endirib. Eyni zamanda, ABŞ narkotik qaçaqmalçılarına qarşı mübarizəni əsas gətirərək Venesuela sahillərinə kiçik bir qrup hərbi gəmi yerləşdirdi və Puerto Rikoda qırıcı təyyarələr yerləşdirdi.
Sentyabrın ortalarında Karakas Venesuela ərazi sularında "Karib Suverenliyi 200" adlı hərbi təlimlər keçirdi. “Reuters” və “The New York Times” (NYT) 7 oktyabrda Trampın Venesuela ilə münasibətləri tənzimləmək cəhdlərindən imtina etdiyini bildirdilər. NYT-nin məlumatına görə, ABŞ münaqişənin qızışması üçün bir neçə ssenari hazırlayıb, o cümlədən Maduronun hakimiyyətdən zorla uzaqlaşdırılması.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)
























































