Telegraph: Böyük Britaniyanın milli borcu 20 ildə üç dəfə artıb

Telegraph: Böyük Britaniyanın milli borcu 20 ildə üç dəfə artıb

14:13
Bəyəndim (2) Bəyənmədim (0)

Böyük Britaniyanın milli borcu 2005-ci ildən 2025-ci ilə qədər üç dəfə artıb. The Daily Telegraph qəzetinin Oxford Economics-in təhlilinə istinadən verdiyi məlumata görə, bu, inkişaf etmiş iqtisadiyyatlar arasında ən yüksək artımdır.

Qəzet qeyd edir ki, Böyük Britaniyanın milli borcu 2,9 trilyon funt sterlinq (3,8 trilyon dollar) və ya ÜDM-in təxminən 100%-ni təşkil edir. Nəticədə, Böyük Britaniya hər il borc faizlərinin ödənişlərinə 100 milyard funt sterlinqdən (130 milyard dollar) çox pul xərcləyir. Qəzet vurğulayıb ki, son 20 ildə yalnız İspaniya və ABŞ oxşar borc artım templərini qeydə alıblar.

Kembric Universitetinin professoru Yajit Çadha yüksək dövlət borcunun Britaniya siyasi-iqtisadi modelinin uğursuzluğunu göstərdiyi fikrini bildirib. "İndi biz açıq şəkildə görürük ki, maliyyə sistemi açıq şəkildə uğursuzluğa düçar olub və borc-ÜDM nisbəti dayanıqlı bir yola çatmayıb", - deyə o bildirib.

Əziz MUSTAFA