“Gürcü Arzusu” üç müxalif partiyanın qadağan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib

“Gürcü Arzusu” üç müxalif partiyanın qadağan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib

15:24
Bəyəndim (3) Bəyənmədim (0)

Hakim “Gürcü arzusu” partiyası üç müxalifət partiyasının fəaliyyətinə qadağa qoyulması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, məlumatı Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən təsdiqləyiblər.

Hakim partiyanın hazırladığı konstitusiya iddiasında "Vahid Milli Hərəkat", "Dəyişiklik üçün Koalisiya" və "Lelo-Güclü Gürcüstan" partiyalarının konstitusiyaya zidd olduğu və qadağan edilməsi tələb olunur.

Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, konstitusiya iddiası hazırlanarkən iki meyardan istifadə olunub. Bunlar, konkret partiyanın konstitusiyaya zidd olması üçün hüquqi əsaslandırma və partiya öz böyüklüyü, təşkilati strukturu və ya siyasi təsiri ilə konstitusiya nizamı üçün nə dərəcədə real təhlükə yaradır.

Almaz Həsənli