"Barselona" "Neqreyra işi" ilə bağlı ittihamlarla üzləşir

"Barselona" "Neqreyra işi" ilə bağlı ittihamlarla üzləşir

12:12
Bəyəndim (2) Bəyənmədim (0)

"Barselona" futbol klubu rəsmi olaraq hakimlərin texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Henrikes Neqreyraya təxminən 20 il ərzində qanunsuz olaraq təxminən 7 milyon avro ödəməkdə ittiham olunub. Müstəntiqlərin sözlərinə görə, Neqreyra matçlardan əvvəl klubun ofisinə yazılı hesabatlar və katalonların növbəti oyununu idarə edəcək hakimin video profilinin təhlili olan zərflər təqdim edib.

Birinci İnstansiya Məhkəməsi Neqreyra ilə orijinal müqavilələri, eləcə də onun təxminən iyirmi il ərzində "Barselona"ya verdiyi fakturaları təsdiqləyən hər hansı sənədi təqdim etməsini tələb edib. Bu günə qədər "Barselona"nın Neqreyrala bağlıl müqavilələri barədə heç bir sənəd tapılmayıb. Mediada yayılan məlumatlara görə, klubun arxivində bunlar yoxdur. Bundan əlavə, hazırda Neqreyra ilə hər hansı şifahi məsləhətləşmələri təsdiqləyən heç bir qeyd yoxdur.

Məhkəmə həmçinin ifadə vermək üçün "Barselona" nümayəndəsini istintaqa çağırıb. 25 noyabrda "Barselona"nın hazırkı prezidenti Joan Laporta, keçmiş məşqçilər Luis Enrike və Ernesto Valverde ilə birlikdə məhkəmədə ifadə verəcək.

"Barselona" bu mövsüm 10 oyundan sonra İspaniya liqasında ikinci yerdədir. Komanda bu yaxınlarda "El Klassiko"da "Real Madrid"ə 2-1 hesabı ilə məğlub olub.

Əziz Mustafa