 
    
    İsrail xarici qüvvələr bunu etməsə, HƏMAS-ın özünü tərksilah etmək niyyətindədir
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, xarici qüvvələr Qəzza zolağının tənzimlənməsinin bir hissəsi olaraq HƏMAS-ın tərksilah edilməsini təmin etməsə, İsrail bunu özü edəcək.
"Nəticə etibarilə HƏMAS tərksilah ediləcək və Qəzza silahsızlaşdırılacaq. Əgər bunu xarici qüvvələr edərsə, yaxşı. Amma onlar etməsələr, biz edəcəyik", - deyə "The Times of Israel" qəzeti baş nazirin zabitlər akademiyası tələbələri üçün keçirilən məzun mərasimində dediyi sözləri sitat gətirir.
O, vurğulayıb ki, əgər HƏMAS atəşkəsi pozmağa davam edərsə, İsrail atəşkəsin başlandığı vaxtdan bəri iki dəfə olduğu kimi, hərəkata zərbə endirəcək.
Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Eyal Zamir eyni mərasimdə İMQ-nin belə bir əmr aldıqdan sonra döyüş əməliyyatlarını bərpa etməyə hazır olduğunu bildirib. "Biz artıq bütün cəbhələrdə fəaliyyət göstəririk və lazım olduğu qədər genişmiqyaslı hərbi kampaniyaya yüksək dərəcədə hazırıq. Bəzi cəbhələrdə son iki ildəkindən daha aktiv olacağıq", - deyə Zamir izah etdi.
Əziz Mustafa
 
                             
                             
                            











 
     
    





































































