Bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi müəyyənləşəcək

10:44
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Nyon (İsveçrə) şəhərində futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Oxuməni.az-ın məlumatına görə, turnirin bu mərhələsi üçün püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Əsas mərhələni 22-ci yerdə başa vuran Ağdam klubu səpələnməmiş komandalar səbətində yer alıb. Turnirin reqlamentinə uyğun olaraq, 21-22-ci yerləri tutan komandalar turnir cədvəlində 11-12-ci pillələrdə qərarlaşan və "səpələnmiş" səbətinə düşən kollektivlərlə qarşılaşacaqlar.

Beləliklə, "Qarabağ"ın potensial rəqibləri hazırkı Çempionlar Liqasının qalibi PSJ və İngiltərənin "Nyukasl" klublarıdır.

"Qarabağ" pley-off mərhələsinin ilk oyununu Bakıda, öz meydançasında keçirəcək, cavab matçı isə səfərdə olacaq. Bu mərhələnin oyunları fevralın 17-18-i və 24-25-i tarixlərinə təyin olunub.

Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda əsas mərhələni beşinci yerdə başa vuran "Barselona" və ya altıncı pilləni tutan "Çelsi" ilə qarşılaşacaq.

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunda ilk belə uğurdur. Nə olacağını zaman göstərəcək. Potensial rəqiblər böyük büdcəli çox güclü klublardır, lakin "Qarabağ" rəqibinə layiqli müqavimət göstərəcək və sona qədər mübarizə aparacaq.

Almaz Həsənli