Tramp İrana ikinci hərbi gəmi "armadasının" göndərilməsi barədə bəyanat verdi

Tramp İrana ikinci hərbi gəmi "armadasının" göndərilməsi barədə bəyanat verdi

15:14
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Prezidenti Donald Tramp bildirib ki, daha bir "möhtəşəm armada" Amerika hərbi gəmiləri İrana doğru yola düşür.
"Ümid edirəm, çox ümid edirəm ki, onlar razılığa gələcəklər. Onlar bunu ilk dəfə etməli idilər – o zaman ölkələri (indiki vəziyyətdə olmadığı kimi-red.) olardı," – deyə Tramp Ayovada çıxışı zamanı bildirib (ABŞ-ın ABC News kanalı canlı yayımlayıb).
O, iyun ayında ABŞ-ın "Gecə çəkici" əməliyyatı çərçivəsində İranın nüvə obyektlərinə zərbə endirdiyini xatırladıb. Onun sözlərinə görə, Tehran o vaxtdan Vaşinqtonla razılığa gəlməli idi.
Bundan əvvəl “Axios”-a müsahibəsində Tramp İranla bağlı vəziyyətin "dəyişməkdə olduğunu" və İran hakimiyyətinin razılıq əldə etmək istədiyini söyləmişdi.
Qeyd edək ki, dekabrın sonunda İranda qiymətlərin kəskin artması və milli valyutanın dəyər itirməsi səbəbindən genişmiqyaslı etirazlar baş vermişdi. Bu fonda ABŞ Yaxın Şərqə nüvə ilə işləyən "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərliyi altında aviadaşıyıcı qrup göndərmişdi. Tramp isə etirazların amansız şəkildə yatırılması səbəbindən Tehrana "əvvəl görülməmiş" zərbələr endirəcəyi ilə hədələmişdi.
Sonradan Ağ Ev rəhbəri bildirib ki, ölkəyə zərbə endirməməyə "özünü inandırıb", çünki onun məlumatına görə, hakimiyyət etirazçılara qarşı yüzlərlə edamı ləğv edib.
Almaz Həsənli