Son 20 ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə təxminən 557 milyon ton neft nəql edilib

Son 20 ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə təxminən 557 milyon ton neft nəql edilib

Bəyəndim (1) Bəyənmədim (0)


Bu günə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə təxminən 557 milyon ton Azərbaycan nefti nəql edilib. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin açıqlamasında bildirilir.
Nazirlik xatırladıb ki, 20 il əvvəl, 4 iyun 2006-cı ildə BTC vasitəsilə ixrac edilən xam neftlə yüklənmiş ilk tanker Türkiyənin Ceyhan limanından dünya bazarlarına yola düşüb.
Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilən nefti və “Şahdəniz” yatağında hasil edilən kondensatı nəql edir. BTC Səngəçal terminalından başlayır və Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan dəniz terminalına çatır.
Rəsmi olaraq 2006-cı ilin iyun ayında istifadəyə verilən BTC boru kəməri 10 may 2005-ci ildə neftlə yüklənməyə başladı və ilk xam neft Ceyhan terminalına 28 may 2006-cı ildə çatdı.
Almaz Həsənli