LUKOYL xarici biznesinin satışı ilə bağlı Carlyle ilə saziş imzalayıb
LUKOYL, Rusiya neft şirkətinin xarici aktivlərini idarə edən "Lukoil International GmbH"nin satışı ilə bağlı Amerika investisiya fondu Carlyle ilə saziş imzalayıb. Qazaxıstandakı aktivlər bu sövdənin perimetrinə daxil deyil, onlar LUKOYL-un mülkiyyətində qalacaq və mövcud lisenziya üzrə fəaliyyətlərini davam etdirəcəklər. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidməti məlumat verib.
Şirkətin məlumatına görə, saziş LUKOYL üçün eksklüziv deyil. O, bir sıra şərtlərdən asılıdır, o cümlədən tənzimləyici orqanların razılığının alınması. Carlyle ilə sövdələşməyə ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) icazə verməlidir. Bəyanatdan göründüyü kimi, LUKOYL digər potensial alıcılarla da danışıqları davam etdirir.
LUKOYL, ABŞ Maliyyə Nazirliyinin oktyabrın sonunda şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra xarici aktivlərini satmaq planları barədə məlumat verib. Məhdudiyyətlər LUKOYL-un ABŞ-dakı bütün aktivlərinin dondurulmasını və Amerika təşkilatlarının Rusiya şirkəti ilə hər hansı bir işgüzar əməliyyat aparmasına qadağa qoyulmasını nəzərdə tutur. Aktivlərin ilk potensial alıcısı olan treyder Gunvor, ABŞ Maliyyə Nazirliyinin razılığını almayıb.
Almaz Həsənli































.jpg)
.jpg)
.jpg)























































