Kim Çen In KXDR-i "dönüşdürməyə" söz verib
Şimali Koreya lideri Kim Çen In ölkənin 20 bölgəsində yeni layihələrə başlamaqla KXDR-i "dəyişdirəcəyinə" söz verib. Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı, dövlət agentliyi KCNA məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət tibb müəssisələrinin, əyləncə komplekslərinin və sənaye müəssisələrinin tikintisindən gedir. AFP agentliyinin bildirdiyinə görə, ölkə ərazisinin üçdə birindən çoxunda transformasiyalar vəd olunub.
Kim KXDR-in cənub-qərbindəki Hvanhe-Namdo əyalətində tikinti layihəsinə start verib. Şimali Koreya lideri vurğulayıb ki, "ölkə daxilindəki şəhər və rayonların demək olar ki, üçdə biri transformasiya olunacaq".
Dövlət mediasında yayımlanan şəkillərdə siyasətçi digər rəsmilərlə birlikdə torpaq qazır, ətrafda isə coşqun kütlə Şimali Koreya bayraqlarını yelləyərək alqışlayır.
Şimali Koreya hakimiyyəti mütəmadi olaraq ölkəni "sosialist nağılına" çevirmək planlarından danışır. Belə ki, 2022-ci ilin sentyabrında iki yeni qanun vasitəsilə hakim partiya kənd yerlərində radikal dəyişikliklər etmək niyyətində idi.
Bununla belə, KXDR-də, o cümlədən nüvə və raket proqramlarının inkişafına görə tətbiq olunan beynəlxalq sanksiyalar və bir sıra təbii fəlakətlər nəticəsində yaranan iqtisadi böhran hökm sürür.
Almaz Həsənli

























































.jpg)
.jpg)
.jpg)




























