Fidan Ankarada Əraqçi ilə İrandakı vəziyyəti müzakirə edəcək

Fidan Ankarada Əraqçi ilə İrandakı vəziyyəti müzakirə edəcək

14:01
Bəyəndim (1) Bəyənmədim (0)

İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə səfər edəcək. İslam Respublikasındakı vəziyyət onun türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının əsas mövzusu olacaq. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr TASS-a bildiriblər.

XİN-dən qeyd edilib ki, "Nazir Fidan Əraqçi ilə görüşdə Türkiyənin İrandakı son hadisələri yaxından izlədiyini və qonşu ölkədə təhlükəsizliyin, sülhün və sabitliyin Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edəcək".

Onlar əlavə ediblər ki, Fidan iranlı həmkarına Ankaranın İrana hərbi müdaxiləyə qarşı olduğunu bir daha təkrarlayacaq və bu cür addımların regional və qlobal səviyyələrdə yaratdığı riskləri vurğulayacaq. Mənbələr bildiriblər ki, "Həmçinin Türkiyənin mövcud gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazır olduğu, İranın nüvə proqramına sülh yolu ilə həllin tez bir zamanda əldə edilməsini dəstəklədiyi və lazım gələrsə, bu istiqamətdə kömək göstərməyə hazır olduğu bildiriləcək".

Ankara dəfələrlə İranın işlərinə hər hansı xarici müdaxiləyə qarşı olduğunu bildirib.

Əziz MUSTAFA