Ağ Ev və Senatdakı demokratlar şatdaunun qarşısını almaq barədə razılığa gəliblər

Ağ Ev və Senatdakı demokratlar şatdaunun qarşısını almaq barədə razılığa gəliblər

15:54
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Prezidenti Donald Tramp qanunvericiləri Ağ Ev administrasiyası və Senatdakı demokrat liderlər arasında əvvəllər əldə edilmiş razılaşmanı dəstəkləməyə çağırıb.
Razılaşma, növbəti şatdaunun qarşısını almağa imkan verən Daxili Təhlükəsizlik Nazirliyi ilə bağlı kompromisə aiddir.
“Axios”-un məlumatına görə, əldə edilmiş razılaşmalar Senatın hökumətin maliyyələşdirilməsi ilə bağlı qanunlar paketini qəbul etməsini nəzərdə tutur, İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) tabe olduğu Daxili Təhlükəsizlik Nazirliyi istisna olmaqla. Onunla bağlı maliyyələşdirmə yalnız iki həftə uzadılacaq.
Bu qərar demokratlara nazirlikdə islahatlar uğrunda mübarizəni davam etdirməyə imkan verəcək. Demokratlar ICE əməkdaşlarının patrul xidməti və maska taxmasına qadağa qoyulmasını tələb edirlər. Bundan əlavə, federal agentlərin bədən kameraları taxması, axtarış orderlərinin isə yalnız müstəsna hallarda istifadə edilməsi planlaşdırılır.
Senatorlar yanvarın 30-u günün sonuna qədər hökumətin maliyyələşdirilməsinə səs verməlidirlər. Fevralın 2-də iclasları başlayacaq Nümayəndələr Palatası da bu tədbirlər paketini Prezident Trampın masasına düşməzdən əvvəl qəbul etməlidir.
Almaz Həsənli