Vitkoff və Kuşner 1 fevralda Ukrayna danışıqlarında iştirak etməyəcəklər

Vitkoff və Kuşner 1 fevralda Ukrayna danışıqlarında iştirak etməyəcəklər

14:20
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner 1 fevralda Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna sülh danışıqlarında iştirak etməyəcəklər. Bu barədə ABŞ Dövlət Katibi və Milli Təhlükəsizlik Müşaviri Marko Rubio məlumat verib.

"Ötən həftə BƏƏ-də uzun illərdən sonra ilk dəfə olaraq ABŞ-ın iştirakı ilə üçtərəfli formatda keçirilən görüş baş tutdu. Orada Cared Kuşner və Stiven Vitkoff, eləcə də Rusiya və Ukraynadan nümayəndələr var idi. Onlar bu həftə danışıqları davam etdirməyi planlaşdırırlar, bu dəfə ikitərəfli formatda. ABŞ iştirak edə bilər, amma Stiv və Cared olmayacaq", - deyə o, Senatın Xarici Əlaqələr Komitəsinin dinləməsində bildirib.

Əziz Mustafa