"Oreşnik" raket sistemi 2025-ci ilin dekabr ayında Belarusda döyüş növbətçiliyinə veriləcək

"Oreşnik" raket sistemi 2025-ci ilin dekabr ayında Belarusda döyüş növbətçiliyinə veriləcək

15:23
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın "Oreşnik" raket sistemi 2025-ci ilin dekabr ayında Belarusda döyüş növbətçiliyinə veriləcək. Bu barədə TASS-a Prezident Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eismont məlumat verib.

28 oktyabrda Lukaşenko qeyd edib ki, əgər Avropa oxşar addımlar atmağa hazır olarsa, Belarus öz ərazisində Rusiyanın "Oreşnik" raket sisteminin yerləşdirilməsini dayandıra bilər.

Dövlət başçısının sözlərinə görə, "Oreşnik" raket sisteminin Belarusda yerləşdirilməsi qərarı regiondakı vəziyyətin gərginləşməsinə cavabdır.

"Xahiş edirəm, bundan irəli gedək və "Oreşnik" raket sistemi haqqında söhbətlər dayandırılacaq", - deyə prezident bildirib.

Sentyabr ayında Belarus və Rusiya "Oreşnik" raket sisteminin istifadəsinin məşqlərini də əhatə edən "Zapad-2025" birgə hərbi təlimləri keçiriblər.

Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi respublikada "Oreşnik" raket sisteminin yerləşdirilməsinin əhəmiyyətini izah etmişdi.

Əziz Mustafa