Yaponiya Baş naziri Donald Trampı Nobel Sülh Mükafatına namizəd etməyə söz verib

Yaponiya Baş naziri Donald Trampı Nobel Sülh Mükafatına namizəd etməyə söz verib

11:50
Bəyəndim (1) Bəyənmədim (0)


Yaponiya Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti ilə görüşündə Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini açıqlayıb. “Reuters” agentliyinin məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.
Oktyabrın 28-də Tokioda Trampla görüşən Takaiçi bildirib ki, ABŞ Prezidentinin sayəsində "dünya qısa müddət ərzində daha dinc olub". "Cənab Prezident, mən sizdən təsirləndim və ilham aldım", - deyə oktyabrın 21-də vəzifəyə başlayan Yaponiya Baş naziri bildirib.
Görüş zamanı Tramp və Takaiçi ABŞ-Yaponiya ittifaqı üçün "yeni qızıl dövr"ə doğru işləmək üçün razılaşma, eləcə də Çinin bu minerallar üzərində ixrac nəzarətini sərtləşdirməsi fonunda nadir torpaq metalları və vacib mineralların tədarükünün təmin edilməsi üçün razılaşma imzalayıblar.
ABŞ Prezidentinin oktyabrın 27-də görüşdüyü Kamboca Baş naziri Hun Manet əvvəllər Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyinə söz vermişdi.
Qabon prezidenti Bris Oliqui Nquema da Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirib və bunun ABŞ prezidentinin Ruanda ilə Konqo Demokratik Respublikası arasındakı münaqişənin həllinə verdiyi töhfəyə verdiyi şəxsi qiymətləndirmə olduğunu vurğulayıb.
Almaz Həsənli