Norveç kəşfiyyatı Rusiyanın "Burevestnik" raketinin buraxılış yerini açıqladı
Rusiya Novaya Zemlya Arktika arxipelaqından "Burevestnik" "məhdudiyyətsiz mənzilli" kruiz raketini sınaqdan keçirdi. Bunu Norveç kəşfiyyat xidmətinin rəhbəri vitse-admiral Nils Andreas Stensenes Reuters-ə verdiyi şərhdə bildirib.
"Rusiyanın Novaya Zemlya üzərində Skyfall uzun mənzilli kruiz raketinin daha bir sınaq buraxılışı keçirdiyini təsdiqləyə bilərik", Stensenes bildirib. Vitse-admiral əlavə detalları açıqlamayıb.
Novaya Zemlya arxipelaqı Rusiyanın ucqar və strateji cəhətdən əhəmiyyətli bir bölgəsidir və Barents və Qara dənizləri arasında Şimal Buzlu Okeanında yerləşir. O, Matochkin Shar boğazı ilə ayrılan iki böyük adadan - Severny və Yujny adalarından, eləcə də çoxsaylı kiçik adalardan ibarətdir.
Arxipelaqın ümumi sahəsi 83.000 kvadrat kilometrdən çoxdur və cənub-qərbdən şimal-şərqə qədər uzunluğu 925 kilometrə çatır.
Əziz Mustafa


















































































