Çempionlar Liqası: “Qarabağ” səfərdə “Atletik Bilbao” ilə qarşılaşacaq

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Atletik Bilbao” ilə qarşılaşacaq

12:33
Bəyəndim (1) Bəyənmədim (0)


Bu gün Azərbaycanın "Qarabağ" klubu Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununu keçirəcək.
Oxuməni.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Atletik Bilbao” ilə qarşılaşacaq. Oyun İspaniyanın “San Mames” stadionunda Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Qarşılaşmanı xorvatiyalı FİFA referisi İqor Pajaç idarə edəcək.
“Köhlənlər” növbəti oyununu noyabrın 5-də evdə London “Çelsi”sinə qarşı keçirəcək.
“Qarabağ” bundan əvvəl Çempionlar Liqası mərhələsində Portuqaliyanın “Benfika”sı (3:2) və Danimarkanın “Kopenhagen”i (2:0) ilə qarşılaşıb. Hazırda ağdamlılar 6 xalla ümumi cədvəlin 10-cu pilləsində qərarlaşıb. Bilbao təmsilçisinin xalı yoxdur və 35-ci yerdədir.
Almaz Həsənli