Tramp "Burevestnik" raketinin buraxılışı ilə bağlı: Putin raketləri sınaqdan keçirməməli, müharibəni dayandırmalıdır

Tramp "Burevestnik" raketinin buraxılışı ilə bağlı: Putin raketləri sınaqdan keçirməməli, müharibəni dayandırmalıdır

13:40
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin nüvə enerjisi ilə işləyən "Burevestnik" raketinin uğurlu sınağı ilə bağlı açıqlamasını jurnalistlərə şərh edib. Bu barədə Oxuməni.az “Meduza.io”ya istinadla xəbər verir.
"Düşünmürəm ki, Putinin bu cür açıqlamalar verməsi uyğundur. O, bir həftə davam etməli olan və indi dördüncü ilinə yaxınlaşan müharibəyə son qoymalıdır. O, raketləri sınaqdan keçirməməli, məhz bunu etməlidir", - deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin bildirib ki, "onlar bilirlər ki, bizim sahillərində dünyanın ən yaxşı nüvə sualtı qayığımız var. Ona görə də bizə 8000 mil uçan raket lazım deyil".
"Onlar bizimlə oyun oynamırlar və biz də onlarla oyun oynamırıq", - deyə Tramp bildirib və ABŞ-ın "nüvə sualtı qayığı var - bu poliqonlara atəş açmağa ehtiyacımız yoxdur" olduğunu təkrarlayıb.
Almaz Həsənli