Suriya Türkiyədən silah almaq istəyir
Suriya hökuməti Türkiyədən hava hücumundan müdafiə sistemləri, zirehli maşınlar, pilotsuz uçuş aparatları və modernləşdirilmiş artilleriya sistemləri almaq niyyətindədir. Bu barədə “Yeni Şafak” qəzeti xəbər verir.
Qəzetin məlumatına görə, bu, hərbi yardım deyil, Türkiyə silahlarının rəsmi satışıdır. Türkiyə ilə Suriya arasındakı sövdələşmələrin maliyyələşdirilməsi Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlərin iştirakı ilə Suriyanın xüsusi fondu tərəfindən təmin edilə bilər.
Qeyd olunur ki, Suriya hökuməti əsasən ölkənin şimal hissəsini əhatə edəcək laylı hava hücumundan müdafiə sisteminin yaradılmasına diqqət yetirir. Bu yolla yeni Suriya rəhbərliyi müxtəlif terrorçu qrupların və İsrailin təhdidlərinə qarşı müdafiəsini gücləndirməyə çalışır.
Almaz Həsənli















































































