Suriyada təhlükəsizlik qüvvələri ilə silahlı Fransa qüvvələri arasında toqquşma olub

Suriyada təhlükəsizlik qüvvələri ilə silahlı Fransa qüvvələri arasında toqquşma olub

15:03
Bəyəndim (3) Bəyənmədim (0)

Suriyanın şimal-qərbində Suriya təhlükəsizlik qüvvələri ilə Fransadan olan Suriya silahlı qruplaşmalarının üzvləri arasında toqquşma baş verib, Əl-Ərəbiyyə xəbər verir.

Kanalın müxbirinin verdiyi məlumata görə, İdlib yaxınlığında Suriya təhlükəsizlik qüvvələri fransız döyüşçülərinin sığındığı düşərgəni mühasirəyə alır. Təhlükəsizlik qüvvələri "hakimiyyətləri tərəfindən axtarışda olan fransız döyüşçülərini həbs etmək üçün düşərgəyə qarşı genişmiqyaslı əməliyyata başlayıblar".

Bundan əvvəl Fransanın "L'Express" nəşri Suriyaya vətəndaş müharibəsi zamanı gələn və sonradan müxtəlif silahlı qruplaşmalara qoşulan təxminən 120 Fransa vətəndaşının İdlibin yerləşdiyi Suriyanın şimal-qərbində yaşadığını aşkar edən araşdırma dərc edib. Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdən düşəndən sonra “onların bəziləri silahı yerə qoyub, bəziləri üçün isə mübarizə davam edir”.

Fransa mediasının hesablamalarına görə, təxminən 1200-1700 insan Fransadan Yaxın Şərqə, ilk növbədə Suriya və İraqa gedib. Fransa ən çox vətəndaşının silahlı qruplaşmalara qoşulmaq üçün getdiyi Avropa ölkəsi hesab olunur.

Əziz MUSTAFA