İsveçdə əhalisi cəmisi 1500 nəfər olan kənd klubu  "Myelbyu" ölkə çempionu titulunu qazanıb

İsveçdə əhalisi cəmisi 1500 nəfər olan kənd klubu  "Myelbyu" ölkə çempionu titulunu qazanıb

15:11
Bəyəndim (1) Bəyənmədim (0)

"Myelbyu" futbol klubu tarixində ilk dəfə İsveç çempionu olmağı bacarıb.

Bazar ertəsi axşam klub səfərdə Göteborq FK-nı 2:0 hesabı ilə məğlub edərək ölkə çempionu olub. Yeni çempion əhalisi 1500-dən az olan Hellevik balıqçı kəndini təmsil edir. Bir neçə il əvvəl "Myelbyu" İsveçin üçüncü liqasında çıxış edirdi. Xatırladaq ki, İsveç milli çempionatı yaz-payız sistemi üzrə keçirilir. "Myelbyu" çempionluq titulunu Malmö IF-dən aldı. Ötən mövsüm 2025-ci ilin çempionu İsveç çempionatında beşinci yeri tutmuşdu.

Stokholmun "Hammarbi"si liderlərdən 11 xal geri qalaraq cədvəldə ikincidir.

"Myelbyu" 1939-cu ildə yaradılıb. Klubun İsveç çempionatında ən yaxşı nəticəsi ötən mövsüm əldə etdiyi beşinci yer olub. 2023-cü ildə klub İsveç Kubokunun finalına yüksəldi və burada "Hacken"ə 4:1 hesabı ilə uduzdu.

Yeni İsveç çempionları Hallevikdə yerləşir. Klub İsveçin yüksək divizionunda yer alan komandalar arasında ən kiçik büdcələrdən birinə sahibdir. Onların ev stadionu "Myelbyu" 6750 tamaşaçı tutumuna malikdir.

"Myelbyu"nun baş məşqçisi 59 yaşlı Anders Torstenssondur. O, 2023-cü ildən komandaya rəhbərlik edir. Elə həmin il isveçli məşqçiyə xroniki limfositik leykemiya diaqnozu qoyulub.

"Myelbyu" bu mövsüm 27 oyunda 20 qələbə və 6 heç-heçə ilə 1 məğlubiyyət alıb. Komanda 19 matçdır məğlub olmur. Onların yeganə məğlubiyyəti mayın 11-də AİK-ə (1:2) olub. İsveç çempionu olan "Myelbyu" növbəti mövsüm Çempionlar Liqasının seçmə mərhələsində çıxış edəcək.

Əziz MUSTAFA