
Avropa ABŞ-a Ukrayna üçün 12 bəndlik sülh planı təklif edəcək
Avropa ölkələri Ukrayna ilə birlikdə Kiyev və Moskva üçün 12 bəndlik sülh planı hazırlayır. Plan, Rusiyanın sanksiyalara məruz qalan aktivlərinin dondurulmasını, işğal olunmuş Ukrayna əraziləri ilə bağlı danışıqları və Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirakını nəzərdə tutur. Bu barədə “Bloomberg” xəbər verir.
Hərbi əməliyyatlar dayandırıldıqdan sonra hər iki tərəfdən cəbhə xətti boyunca hərəkətlərini dayandırmaq tələb olunacaq. Bundan sonra Moskvadan Rusiya ərazisinə aparılan Ukrayna vətəndaşlığı olan uşaqları Kiyevə qaytarmaq tələb olunacaq və tərəflər əsirləri dəyişdirəcək. Ukrayna və Rusiyadan rus ordusu tərəfindən işğal olunmuş ərazilərin idarə olunması ilə bağlı danışıqlara başlamaq tələb olunacaq, bu onların ilhaqının tanınması demək deyil.
Plana əsasən, Qərbin Rusiyaya qarşı sanksiyaları mərhələli şəkildə ləğv ediləcək. Dondurulmuş aktivlər Moskvanın Ukraynanın yenidən qurulmasında iştirak etməsi şərtilə dondurula bilər. Rusiyanın yeni işğalı halında, sanksiyalar avtomatik olaraq bərpa olunacaq.
“Bloomberg”-in məlumatına görə, sənəd hələ tam hazırlanmayıb və planın detalları və bəndləri gələcəkdə dəyişə bilər. Plan qəbul edildikdən sonra təkliflər Donald Tramp administrasiyasına təqdim olunacaq. Nəşr sənədi hansı ölkələrin hazırladığını qeyd etmir.
Bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, Rusiya və Ukrayna cəbhə xəttində hərbi əməliyyatları dayandırmalıdır. Kiyev buna hazır olduğunu iddia edir. Moskva açıq şəkildə bu ehtimalı rədd edir.
Almaz Həsənli